2014/10/21

Yeni dil kursları

Azərbaycanda mühüm neft-qaz işlənmələri və nəqli layihələrinin operatoru olan bp şirkəti həyata keçirdiyi sosial proqramlar sırasında təhsilə dəstək təşəbbüsləri mühüm yer tutur. Şirkət elm, təhsil və gənclərin inkişafı sahəsində əhəmiyyətli layihələrin müəllifidir. 

Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərdə neft və qaz sahəsində təhsil alan tələbələr üçün şirkət tərəfindən artıq uzun müddətdir ki, “Təhsilə dəstək” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində ən yaxşı nəticə göstərmiş birinci kurs tələbələri 2 illik ingilis dili kurslarında tədris ilə mükafatlandırılır. 

Bu layihənin uğurla həyata keçirilməsi üçün bp şirkətinin müraciəti əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissyası (TQDK) 2014/2015-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında aşağıda göstərilən ixtisasların əyani şöbələrinə qəbul olmuş 10 ən yüksək nəticəli tələbələrin siyahısını müəyyənləşdirmiş və həmin şirkətə təqdim etmişdir: 

• Riyaziyyat 
• Mexanika 
• Fizika 
• Kimya 
• Geologiya 
• Tətbiqi riyaziyyat 
• Materialşünaslıq mühəndisliyi 
• Geologiya mühəndisliyi 
• Hidrogeologiya mühəndisliyi 
• Geofizika mühəndisliyi 
• Dağ-mədən mühəndisliyi 
• Neft-qaz qurğuları mühəndisliyi 
• Neft-qaz mühəndisliyi 
• Elektroenergetika mühəndisliyi 
• Enerji maşınqayırması mühəndisliyi 
• Metallurgiya mühəndisliyi 
• Maşın mühəndisliyi 
• Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi 
• Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi 
• Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi 
• Uçuş mühəndisliyi 
• Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi 
• Cihazqayırma mühəndisliyi 
• Texnoloji maşın və avadanlıqlar mühəndisliyi 
• Elektirik mühəndisliyi 
• Proseslərin avtomatlaşdırılması mühəndisliyi 
• Mexatronika və robototexnika mühəndisliyi 
• Mexanika mühəndisliyi 
• İnşaat mühəndisliyi 
• Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi 
• Tikinti materiallarının və məmulatlarının texnologiyası mühəndisliyi 
• Kimya mühəndisliyi 


Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~VIqRD
                               Tqdk.gov.az

2014/10/17

17.10.2014

Psixometriya üzrə elmi-metodiki seminar

17 oktyabr 2014-cü il tarixində TQDK-nın nəzdində fəaliyyət göstərən Psixometriya üzrə elmi-metodiki seminarın cari tədris ili üçün ilk iclası keçirilmişdir.  
 16.10.2014

ADA Universitetində magistratura proqramları haqqında ilk məlumat sessiyası keçiriləcək

ADA Universiteti magistratura proqramları haqqında ilk məlumat sessiyasını 22 okytabr, saat 16:00-da keçirəcəkdir. Məlumat sessiyasında ADA Universiteti, magistratura proqramları, məzunlar üçün karyera imkanları, təqaüdlər və qəbul şərtləri haqqında daha ətraflı məlumat veriləcəkdir.

2014/10/13

Breyn-rinq

Breyn-rinq

AzTV” telekanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir.
Oktyabr ayının 4 finalçısından birini müəyyənləşdirmək üçün keçirilən oyunda iki seçim və iki final görüşü olub. İlk seçim görüşündə “Şabran” və “Azərbaycan klubu” komandaları qarşılaşıblar. “Azərbaycan klubu” 5-2 hesabı ilə qələbə qazanıb. İkinci seçim görüşü “Nar Mobile” və “Bərdə” komandaları arasında olub və “Nar Mobile” rəqibinə 1 xal fərqi ilə üstün gəlib.
Final görüşlərində “Azərbaycan klubu” və “Nar Mobile” mübarizə aparıblar. Hər iki görüş “Nar Mobile” komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, “Nar Mobile” oktyabr ayının final görüşündə iştirak hüququ qazanıb.  
“Bilik Kuboku” uğrunda breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. Xatırladaq ki, sentyabr ayının qalibi “Kapital bank” olub.
“Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər. 

Gələcəyin Formulası

Gələcəyin formulası

BaşlıqGələcəyin formulası - 2014
Məkan və TarixBakı 
25-05-2014 - 28-11-2014
KateqoriyaMüsabiqələr 

Təsvir

Tel: (495)514-33-57       
lto@lto.edu.ru       http://ано-ито.рф                 
 Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində “Təhsildə informasiya texnologiyaları” qeyri-kommersiya təşkilatı

07.07.2014_______________№ 8-14/TİT
            Hörmətli Həmkarlar!
            Azərbaycan Respublikasının təhsil sahəsində çalışan şəxsləri Elektron Təhsil Qaynaqlarının tədris prosesində tətbiqi üzrə “Gələcəyin formulu-2014” adlı IV Beynəlxalq pedaqoji ustalıq müsabiqəsində iştirak etməyə dəvət edirik. İlk dəfə olaraq, müsabiqədə yaşadığı ölkə və vətəndaşlığından asılı olmayaraq, rus dilini bilən bütün müəllim, pedaqoq, tərbiyəçi və metodistlərlər iştirak edə bilər. İştirakçıların yaş həddi və pedaqoji əmək stajı ilə bağlı məhdudiyyət yoxdur. İşlər 15 sentyabr 2014-cü il tarixinədək qəbul edilir.
            Müsabiqə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları üzrə İnstitutu, Rusiya Elmlər Akademiyasının İnformatika problemləri İnstitutu və “Təhsildə informasiya texnologiyaları” qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçiriləcək.
            Xahiş edirik bu informasiyanı Azərbaycan Respublikasının təhsil müəssisələrinin nəzərinə çatdırasınız.
Qoşma: 2 səhifəlik məlumat məktubu

İcraçı direktor.                                                                  S.V.Masaylo

Qoşma
Elektron Təhsil Qaynaqlarının tədris prosesində tətbiqi üzrə “Gələcəyin formulu-2104” adlı IV Beynəlxalq pedaqoji ustalıq müsabiqəsinin keçirilməsi haqqında
Məlumat məktubu
UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları üzrə İnstitutu, Rusiya Elmlər Akademiyasının İnformatika problemləri İnstitutu və “Təhsildə informasiya texnologiyaları” qeyri-kommersiya təşkilatı Sizi Elektron Təhsil Qaynaqlarının tədris prosesində tətbiqi üzrə “Gələcəyin formulu-2104” adlı IV Beynəlxalq pedaqoji ustalıq müsabiqəsində (http://eor2014.konkurs-online.ru/iştirak etməyə dəvət edir.
Müsabiqədə yaşadığı ölkə və vətəndaşlığından asılı olmayaraq, rus dilini bilən bütün müəllim, pedaqoq, tərbiyəçi və metodistlərlər iştirak edə bilər. İştirakçıların yaş həddi və pedaqoji əmək stajı ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqə nominasiyası:
Məktəbəqədər təhsil
  1. 1.     Məktəbəqədər təhsil dövründə məşğuliyyət
İbtidai ümumi təhsil
  1. 2.     İbtidai ümumi təhsildə dərs (sinifdənxaric tədris məşğuliyyəti), yaxud dərslər silsiləsi.
Əsas və orta (tam) ümumi təhsil
  1. 3.     Filologiya” fənn sahəsi üzrə dərs (sinifdənxaric tədris məşğuliyyəti), yaxud dərslər silsiləsi.
  2. 4.     “Riyaziyyat” və “İnformatika” fənnləri üzrə dərs (sinifdənxaric tədris məşğuliyyəti), yaxud dərslər silsiləsi.
  3. 5.     “Təbiət elmləri” fənn sahəsi üzrə dərs (dərsdənxaric tədris məşğələsi), yaxud dərslər silsiləsi.
  4. 6.     “İctimai elmlər”, “Rusiya xalqlarının dini-mənəvi mədəniyyətlərinin əsasları”, “İncəsənət” fənn sahələri üzrə dərs (dərsdənxaric tədris məşğələsi), yaxud dərslər silsiləsi.
  5. 7.     “Texnologiya”, “Bədən tərbiyəsi və həyat fəaliyyəti təhlükəsizliyinin əsasları” fənn sahələri üzrə dərs (dərsdənxaric tədris məşğələsi), yaxud dərslər silsiləsi. Fənn sahələri və yaş qruplarına aid olmayan nominasiyalar.
  6. 8.     Elektron Təhsil Qaynaqlarının tətbiqi ilə kulturoloji, turizm-regionşünaslıq, bədii-estetik, texniki-idman, sosial-pedoqoji, hərbi-vətənpərvərlik istiqamətləri üzrə dərsdənkənar tədbir (məşğələ).
  7. 9.     Dərs, yaxud metodiki-dərs vəsaiti, praktik dərslik, tapşırıq kitabı, öz-özünə təhsil almaq üçün dərs kitabı, yaxud Elektron Təhsil Qaynaqlarının tətbiqi ilə dərs dövrəsi üzrə metodiki işlənmə, yaxud Elektron Təhsil Qaynaqları ilə iş üzrə pedaqoqların təlimi üzrə metodiki işlənmə.

Müsabiqənin keçirilmə mərhələləri:
25may-15 sentyabr 2014-qəbul və işə buraxılma.
17 noyabr 2014-cü il tarixinədək-Ekspert şurasının fəaliyyəti, müsabiqəyə yekun vurulması.
24 noyabr 2014-cü il tarixinədək – məktəblərin beynəlxalq reytinqinin formalaşdırılması.
27-28 noyabr 2014 – mükafatlandırma mərasimi və müsabiqə qaliblərinin ИТО-Москва-2014”konfransında çıxışı
İştirakçılar, son 2 tədris ili ərzində real dərs prosesində azı bir dəfə istifadə edilmiş iş təqdim etməlidirlər. İşlər yalnız elektron formatda, 15 sentyabr 2014-cü il tarixinədək qəbul olunur. Müsabiqədə iştirak etmək üçün, müsabiqənin saytında yerəşdirilmiş müsabiqə sənədləşməsi ilə tanış olmaq, qeydiyyatdan keçmək və işi yerləşdirmək (sayta ərizə göndərməklə) lazımdır.

Müsabiqə qaliblərinin mükafatlandırılması, 27-28 noyabr tarixlərində Moskva şəhərində keçiriləcək TİT beynəlxalq konfranslar konqresi çərçivəsində baş tutacaq “İnformasiya texnologiyaları və təhsildə innovasiyalar” III Beynəlxalq elmi-praktiki konfransı (”ИТО-Москва-2014”) (htt://msk.ito.edu.ru) zamanı keçiriləcək.
Qaliblər təqdim etdikləri işin prezentasiyası ilə konfrans iştirakçıları qarşısında çıxış etmək imkanı qazanacaqlar.

2014-cü ildən başlayaraq, “Gələcəyin formulu-2014” müsabiqəsinin nəticələrinə əsasən, müasir təhsil prosesini informasiya-kommunikasiya texnologiyaları əsasında  quran məktəblərin beynəlxalq reytinqi hazırlanacaq (reytinq haqqında daha ətraflı məlumatı müsabiqənin internet saytında əldə edə bilərsiniz:   http://eor2014.konkurs-online.ru/page/rating.html)Bununla da, təhsilə rəhbərlik edən şəxslərin diqqətinə çatdırırıq ki, reytinqin hazırlanmasının nəticələrinə əsasən əlavə analitik informasiyanın əldə etmək mümkündür. 
Təşkilatçıların əlaqə nömrələri:
Müsabiqənin internet ünvanı: http://eor2014.konkurs-online.ru/
Теlefon: +7(499) 649-13-04 M.v.i. saat 10-dan 190.-dək
e-mail: dea@ito.edu.ru

Keçirilmə yeri

ŞəhərBakı
ÜnvanBakı
Poçt indeksiAZ1074
Ölkəaz

Yeni Seminarlar

Yeni Seminarlar

Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, seminarlara oktyabrın 28-dən başlanılır. Həmin tarixdən ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq.
TQDK sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə, Azərbaycan Milli Elimlər Akademiyasına və onun tabe təşkilatlarına, son 12 ildə şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş ümumi orta təhsil müəssisələrinə məktub ünvanlayaraq həmin qurumların əməkdaşlarını seminarların işində iştirak etməyə, bu sahədə öz təklif və tövsiyələrini verməyə dəvət edib.
“Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə uyğun olaraq, TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir.

1-Ci Sabah

1-ci Sabah Forumu


Oktyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda keçirilən 1-ci SABAH Forumu işini başa çatdırıb. 2 gün davam edən forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib. 
Forumun ikinci günü tələbələr üçün "ustad dərsləri" keçirilib. Tanınmış ictimaiyyət nümayəndələri “Karyera inkişafı”, “Liderliyə layiqsənmi?”, “Sən də bir brendsən” və “Vaxtına sahib çıx” mövzularında məruzələrlə çıxış ediblər. Bundan sonra Təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb. Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirirlib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi və bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib. 
Daha sonra tədbir idman və əyləncə xarakterli yarışlarla davam etdirilib.Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də tədbirdən bəhs edən film nümayiş etdirilib.