Bacarıqlı Əllər

Bacarıqlı Əllər

30  aprel – 1 may tarixlərində Yusif Məmmədəliyev adına  elektron məktəbdə “Bacarıqlı əllər ” adlı sərgi keçirildi. Bu sərgidə məktəbimizin əmək müəllimlərinin şagirdlərlə birlikdə hazırladığı əl işləri nümayiş olundu. Uşaqlar əl işlərini nümayş etdirməklə bir növ hesabat verirdilər.
30 aprel – 1 may tarixlərində Yusif Məmmədəliyev adına elektron məktəbdə “Bacarıqlı əllər ” adlı sərgi keçirildi. Bu sərgidə məktəbimizin əmək müəllimlərinin şagirdlərlə birlikdə hazırladığı əl işləri nümayiş olundu. Uşaqlar əl işlərini nümayş etdirməklə bir növ hesabat verirdilər.Şagirdlərin il ərzində öyrəndikləri bacarıq və vərdişlərini nümayiş etdirdikləri sərgidə müəllim Xatirə Kərimovanın şagirdlərinin hazırladığı bir ox işlər maraqla izləndi.  7 b sinif sinig şagirdləri Şahinin və Şaiqin çöplərdən hazırladığı ev maketi, Eminin hazırladığı gəmi böyük marağa səbəb oldu.   Qızların hazırladığı əl işləri, xüsusilə mil ilə toxumalar, muncuqlu işləmələr, müxtəlif tikiş nümunələri bütün məktəb kollektivi tərəfindən böyük rəğbətlə qarşılandı. Müəllim Solmaz Hüseynovanın şagirdləri 6c sinfindən Mehinin və Alyonanın hazırladığı toxuma işləri, Ləmanın, Milanənin, Səyyarənin muncuqlu işləmələri maraqla izləndi. Müəllim Mehriban Ağamalıyevanın, Lənkə Cəfərovanın şagirdləri tərəfindən hazırlanan əl işləri xüsusi diqqətə səbəb oldu. Müəllim Gülxanım Salamovanın şagirdləri tərəfindən hazırlanan muncuqlu işləmələr olduqca gözəl idi. Könülün, Nilufərin, Ülviyyənin və digər şagirdlərin əl işləri xüsusilə fərqlənirdi. Müəllim Zəmilə Əliyevanın şagirdləri tərəfindən tikilən gözəl önlüklər, gecə paltarları, Hüseynin, Vüqarın tikdikləri şalvar və köynək müəllimlər və şagirdlər tərəfindən xüsusi maraqla izləndi. Ümumiyyətlə bütün işlər olduqca gözəl və rəngarəng idi. Sinifdənkənar işlər üzrə direktor müavini Vüsalə Kərimovanın rəhbərliyi altında bütün ibtidai siniflərin sərgiyə baxışı təşkil olundu. Məktəb direktoru Xanım Əhmədova sərgiyə baxarkən bəzi tapşırıq və tövsiyələr verdi. Şəhər üzrə keçirilən müsabiqələrə qatılmağı və şagirdləri daha da həvəsləndirmək məqsədilə “Ən gözəl əl işi” müsabiqəsini keçirməyi tapşırdı. Marağa səbəb olan sərginin ən bacarıqlı iştirakçıları və məktəbimizin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir çox şagirdlər fəxri diplomla mükafatlandırıldılar. Bu gözəl sərgini təşkil etdiyinə görə məktəbimizin əmək müəllimlərinə təşəkkür edir, onlara gələcək işlərində uğurlar arzu edirik.
Bacarıqlı Əllər on PhotoPeach

Hiç yorum yok:

Yorum Gönder