Yer bizdən kömək istəyir

Yer  bizdən kömək istəyir

Yer kürəsi insanları öz ağuşuna alıb: onları bəsləyir, onların yaşaması üçün özünün malik olduğu sərvətlərdən faydalanmasına imkan yaradıbdır. İnsanlar uzun əsrlər təbiətin sərvətlərindən faydalanaraq, onun qayğısına qalmağı unudublar. İndi isə vaxt gəlib çatıbdır ki, insanlar təbiətin qayğısına qalmağa başlasınlar, onu qorumağa çalışsınlar. Ətraf mühitin mühafizəsi indi bütün bəşəriyyəti qayğılandıran ən əsas problemə çevrilibdir.
Ekoloji savadlılığın artırılması hər bir şəxs üçün vacibdir. Tərbiyə ilk öncə ailədə başlamalı, daha sonra məktəbəqədər təhsil ocaqlarında və ümumtəhsil məktəblərində aparılmalıdır.
Bəs, şagirdlərə təbiəti necə sevdirmək və təbiətdə baş verən ekoloji prosesləri necə izah etməli? Layihənin əsas məqsədi şagirdlərə təbiəti sevdirmək və onu qorumağı aşılamaqdır. Layihə bir sinifdə deyil, məktəb daxilində 1 noyabr tarixindən başlayaraq bütün siniflərin iştirakı ilə mərhələlərlə keçrilir və sonda 22 Aprel-Yer Kürəsi günündə sərgi və təntənəli tədbirlə  yekunlaşır.
Bu bloqda bizim layihənin işləri əks olunacaq.
YERİN DOSTU OLAN HƏR KƏS BİZƏ QOŞULSUN!!!
-----Kərimova Xatirə (Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbin texnologiya müəllimi)----
Əl işləri sərgisi



Məişət tullantılarının təkraremalından əldə olunmuş əl işləri


"İkinci həyat" sərgi nümayışı


Hiç yorum yok:

Yorum Gönder