2014/10/13

Breyn-rinq

Breyn-rinq

AzTV” telekanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir.
Oktyabr ayının 4 finalçısından birini müəyyənləşdirmək üçün keçirilən oyunda iki seçim və iki final görüşü olub. İlk seçim görüşündə “Şabran” və “Azərbaycan klubu” komandaları qarşılaşıblar. “Azərbaycan klubu” 5-2 hesabı ilə qələbə qazanıb. İkinci seçim görüşü “Nar Mobile” və “Bərdə” komandaları arasında olub və “Nar Mobile” rəqibinə 1 xal fərqi ilə üstün gəlib.
Final görüşlərində “Azərbaycan klubu” və “Nar Mobile” mübarizə aparıblar. Hər iki görüş “Nar Mobile” komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, “Nar Mobile” oktyabr ayının final görüşündə iştirak hüququ qazanıb.  
“Bilik Kuboku” uğrunda breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. Xatırladaq ki, sentyabr ayının qalibi “Kapital bank” olub.
“Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər. 

Hiç yorum yok:

Yorum Gönder