2014/10/13

1-Ci Sabah

1-ci Sabah Forumu


Oktyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda keçirilən 1-ci SABAH Forumu işini başa çatdırıb. 2 gün davam edən forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib. 
Forumun ikinci günü tələbələr üçün "ustad dərsləri" keçirilib. Tanınmış ictimaiyyət nümayəndələri “Karyera inkişafı”, “Liderliyə layiqsənmi?”, “Sən də bir brendsən” və “Vaxtına sahib çıx” mövzularında məruzələrlə çıxış ediblər. Bundan sonra Təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb. Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirirlib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi və bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib. 
Daha sonra tədbir idman və əyləncə xarakterli yarışlarla davam etdirilib.Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də tədbirdən bəhs edən film nümayiş etdirilib.

Hiç yorum yok:

Yorum Gönder