2014/10/21

Yeni dil kursları

Azərbaycanda mühüm neft-qaz işlənmələri və nəqli layihələrinin operatoru olan bp şirkəti həyata keçirdiyi sosial proqramlar sırasında təhsilə dəstək təşəbbüsləri mühüm yer tutur. Şirkət elm, təhsil və gənclərin inkişafı sahəsində əhəmiyyətli layihələrin müəllifidir. 

Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərdə neft və qaz sahəsində təhsil alan tələbələr üçün şirkət tərəfindən artıq uzun müddətdir ki, “Təhsilə dəstək” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində ən yaxşı nəticə göstərmiş birinci kurs tələbələri 2 illik ingilis dili kurslarında tədris ilə mükafatlandırılır. 

Bu layihənin uğurla həyata keçirilməsi üçün bp şirkətinin müraciəti əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissyası (TQDK) 2014/2015-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında aşağıda göstərilən ixtisasların əyani şöbələrinə qəbul olmuş 10 ən yüksək nəticəli tələbələrin siyahısını müəyyənləşdirmiş və həmin şirkətə təqdim etmişdir: 

• Riyaziyyat 
• Mexanika 
• Fizika 
• Kimya 
• Geologiya 
• Tətbiqi riyaziyyat 
• Materialşünaslıq mühəndisliyi 
• Geologiya mühəndisliyi 
• Hidrogeologiya mühəndisliyi 
• Geofizika mühəndisliyi 
• Dağ-mədən mühəndisliyi 
• Neft-qaz qurğuları mühəndisliyi 
• Neft-qaz mühəndisliyi 
• Elektroenergetika mühəndisliyi 
• Enerji maşınqayırması mühəndisliyi 
• Metallurgiya mühəndisliyi 
• Maşın mühəndisliyi 
• Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi 
• Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi 
• Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi 
• Uçuş mühəndisliyi 
• Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi 
• Cihazqayırma mühəndisliyi 
• Texnoloji maşın və avadanlıqlar mühəndisliyi 
• Elektirik mühəndisliyi 
• Proseslərin avtomatlaşdırılması mühəndisliyi 
• Mexatronika və robototexnika mühəndisliyi 
• Mexanika mühəndisliyi 
• İnşaat mühəndisliyi 
• Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi 
• Tikinti materiallarının və məmulatlarının texnologiyası mühəndisliyi 
• Kimya mühəndisliyi 


Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~VIqRD
                               Tqdk.gov.az

Hiç yorum yok:

Yorum Gönder